DünyaManşet

Rusiya erməni mallarına qadağa qoydu

Son zamanlar Ermənistanla Rusiya arasında münasibətlər gərginləşməkdədir. İrəvanın KTMT-dən imtina edərək, Qərbə üz tutması, Rusiyanın hərbi bazasını çıxarmaq üçün cəhdlər etməsi bu gərginliyin əsas açarlarından biridir.

JAMAZ.İNFO xəbər verir ki, Rusiya Ermənistanla münasibətlərin qorunub saxlanmasında maraqlı tərəf kimi görünməyə çalışsa da, arxa planda baş nazir Nikol Paşinyanı devirmək üçün ciddi cəhdlər edir. Elə son aksiyaların ruspərəst müxalifət tərəfindən keçirilməsi də bunun nümunəsi kimi təqdim edilir.

Qeyd edək ki, Rusiya paralel olaraq Ermənistanı iqtisadi cəhətdən sıxmağa da başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Roma Statunu qəbul etdikdən sonra Moskva Ermənistana pul köçürülməsinə məhdudiyyət qoyub. Belə ki, yerli banklar bildiriblər ki, bununla bağlı təlimat var.

Bu prosesin ardından Ermənistanın Rusiyaya göndərdiyi yüklərin Lars gömrüyündən buraxılmaması da gündəmə gəlib. 60-a yaxın konyak dolu maşının bir həftədən çoxdur sərhəddə qalmasının sirri isə bu gün açılıb. “Pastinfo”ya müsahibəsində İşəgötürənlər İttifaqının keçmiş prezidenti Qaqik Makaryan deyib ki,  Rusiyanın iri marketlər şəbəkəsi Ermənistandan olan və Rusiyada yaşayan erməni iş adamlarına xəbərdarlıq edib ki, bundan sonra onlar İrəvan istehsalı olan məhsulları almayacaqlar və satışını təşkil etməyəcəklər.

O qeyd edib ki, konyak dolu maşınların Rusiyaya buraxılmaması da bunun nümunələrindən biridir. “Ermənistan konyakı Rusiyada ən çox satılan 5 məhsul arasındadır. Həmin yükün sərhəddən buraxılmaması da qeyd etdiyim kimi, erməni mallarına qadağanın qoyulması ilə bağlıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button