ManşetSiyasət

Fransanın Nigerdəki ordusu Ermənistana gətirilir: Paris İrəvana hansı silahları verə bilər?

Məlum olduğu kimi, sabah Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana rəsmi səfərə gələcək. JAMAZ.İNFO xəbər verir ki, o, səfərdən öncə açıqlamasında deyib ki, İrəvanla bir sıra məsələləri, o cümlədən, müdafiə məsələlərini müzakirə edəcəklər.

Fransanın Ermənistanla yüksək səviyyədə münasibətlərə malik olması sirr deyil. Bu uzun illərdir mövcuddur. Lakin son zamanlar bu münasibətlərə hərbi sahədə yardım və ya Ermənistanın müdafiəsinin təşkili məsələsi də əlavə olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bildirib. Bununla əlaqədar Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları da rəsmi olaraq təsdiqlənib.

Fransa Ermənistanın hansı hərbi ehtiyaclarını qarşılamaq fikrindədir? Aydın məsələdir ki, Fransa NATO ölkəsidir və Paris NATO ordusunda istifadə olunan silahlarla Ermənistanı təhciz etməyəcək. Necə ki, Türkiyə NATO ölkəsi olaraq, Azərbaycanla hərbi müttəfiq olsa da, NATO silahları verməyib.

Lakin Fransa əvəzində özünün istehsalı olan silahlarla Ermənistanın müdafiə ehtiyaclarını təmin edə bilər. Bu silahlar əsasən atıcı silahlardan, qismən iri çaplı olmayan artilleriya qurğularından və zirehli transportyorlardan ibarət ola bilər. Lakin Parisin İrəvana ən böyük hədiyyəsi havadan müdafiə sistemləri ola bilər. Artıq erməni mediasında bununla əlaqədar səthi də olsa məlumatlar diqqəti çəkir.

Bunun ardından fransızların başqa hədəfləri də var. Onlar əgər Zəngəzur Dəhlizi açılarsa, orada iştirak etmək, onun təhlükəsizliyinin təminində tərəf olmaq niyyətindədirlər. Belə ki, Fransa bunun üçün Ermənistana əvvəlcə kiçik hərbi birləşmələr gətirə bilər. Bu birləşmələr həm də Zəngəzur dəhlizinin keçəcəyi bölgəyə yaxın ərazidə yerləşdiriləcək. Qafan və ya Gorusda konsulluğun açılması da bunun bir hissəsidir.

Hərçənd qalmaqallı “Wargonzo” kanalı iddia edir ki, Fransa Nigeri Ermənistanla mübadilə etmək istəyir.

Əgər sözügedən kanalın dedikləri realdırsa, bu o deməkdir ki, Fransa Nigerdəki hərbi kontingentinin bir qismini Ermənistana transfer edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button