Siyasət
Ərdoğan Naxçıvana yol düşdü
Xəbər verildiyi kimi, bu gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğan arasında görüş keçiriləcək, reagional məsələlər, Qarabağda baş verən son hadisələr müzakirə olunacaq.
Bundan başqa, hər iki ölkənin dövlət başçıları İğdır-Naxçıvan qaz kəməri və Naxçıvandakı yeni Hərbi Kompleksin açılışını edəcəklər.
“Milliyyet” qəzetinin yaydığı son xəbərə görə, Ərdoğan artıq Ankaradan Naxçıvana yola düşüb. Onu bir sıra nazirlərlə yanaşı, Türkiyə mediasının nümayəndələri də müşayət edirlər.