ManşetÖlkə içi

Erməni siyasətçi Azərbaycana: “Kiçik mobil qruplarla hücum edilməlidir”

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından sonra Ermənistanda bir qrup adam təşvişə düşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu təşviş heç də həmin adamların öz ölkələrinə olan sevgi və məhəbbətindən irəli gəlmir.

Onlar daha çox ölkədə aranı qarışdırmaq, qorxu mühiti yaratmaq və bununla da erməniləri etiraza qaldırmaq cəhdindən irəli gəlir. Belə ki, erməni müxalifətinin son günlər əsas təbliğatı “Məsələ Qarabağla bitməyəcək, Azərbaycan Ermənistana da hücum edəcək” deyimlərindən ibarətdir.

Erməni siyasətçi Ara Poqosyan da onlardan biridir. JAMAZ.İNFO xəbər verir ki, o, bu istiqamətdə fəal təbliğat apararaq, Ermənistanın “təhlükədə” olduğunu deyir. O “Jamanak” qəzetinə verdiyi son açıqlamasında deyib ki,  Ermənistan son hadisələrdən somra bir çox imkanlarını itirib. “Ermənistanın artıq əvvəlki imkanları yoxdur. Çünki Qarabağda artıq kiçik döyüş qüvvələri qalmayıb. Əgər onlar qalsaydı, həmin qüvvələri arxa cəbhədə də sinxron əməliyyatlar apara bilərdilər”.

Poqosyan deyir ki, Sünik və ümumilikdə Ermənistanın indiki sərhədlərinin qorunmasını passiv müdafiə taktikası kimi görmür. O necə “mübarizə” aparamaq lazım olması ilə bağlı təkliflər də verib. “Müdafiəmizin əsas alətini xüsusi təyinatlı kiçik və mobil birləşmələr vasitəsilə daim fəal döyüş əməliyyatları ilə düşmənə zərbə endirməkdə görürəm. Təəssüflər olsun ki, bunun üçün biz 3 ilimizi itirmişik”.

P.S. Bunlar 44 günlük savaşda, ötənilki sentyabr döyüşlərində hələ də qanmadılar ki, silahlı müqavimətin xeyri yoxdur. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button