Dünya

Alen Simonyan: “Rusiya bizə deyirlər ki, Süniki də itirəcəyik, qorxmuruq”

“Hər şeyi öz bildikləri kimi şərh edirlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın spikeri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab olaraq bildirib.

O deyib ki, Rusiya bütün razılaşmaları pozub. “Bizim məhbuslar indiyə kimi geri qayıtmayıb. Biz hər şeyi etdik, amma alınmadı. Müharibədən sonra ən azı üç il ərzində hər şeyi etmişik, o mexanizm işləmir, bütün hörmətimlə, mən Rusiya XİN rəhbərinə və ya başqalarına  zidd olmaq istəmirəm. Hər şey praktikdir, hər şeyi özləri bildiri kimi şərh edirlər. Nə vaxta qədər gözləməliyik ki, onların məsələsi həll olunsun. Hər gün bir nəfər ölür, bizə edilənlər isə səriştəsizlikdən deyil, razılıqdan irəli gəlir. Ukraynaya girməzdən bir-iki gün əvvəl Rusiya Azərbaycanla müttəfiqlik müqaviləsi imzaladı. Azərbaycanlılar rusları öldürməkdən tutmuş Ukraynaya yardım göndərməyə qədər, demək olar ki, hər şeyə özlərinə icazə veriblər”.

Simonyan xatırladıb ki, Azərbaycanın antiterror əməliyyatları zamanı  Rusiya Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa çağırıb. “Lakin Ermənistan tərəf deyildi. Fikrimcə, Ermənistanı tərəf tutmağa və Ermənistan ərazisinə daxil olmağa çalışırdılar”.

Simonyan Rusiyanın təhdidlərinə də cavab verib: “Bizə deyirlər ki, Qərbə inteqrasiya etsəniz, Süniki də itirəcəksiz. Ümidimiz tərəfdaşlarımızadır: əsas müttəfiqimizdən fərqli olaraq bizi dəstəkləyən İran, Avropa İttifaqı və  ABŞ”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button