Dünya

Qnel Sanosyan: “Yol olacaq, lakin dəhliz olmayacaq”

“Ermənistan heç vaxt heç bir ekstraterritorial, dəhliz məntiqi ilə razılaşmayıb və razılaşmayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Armenpress-ə müsahibəsində deyib.

O bildirib ki, amma eyni zamanda, Ermənistan yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqdir. “Ermənistan və Azərbaycan liderlərinin bu il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə aşağıdakı razılaşmalar təsdiqlənib: Ermənistan və Azərbaycan müvafiq olaraq 29,8 və 86,6 min kvadrat kilometr ərazi ilə bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılacaq. Tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında regional kommunikasiyalar blokdan çıxarılmalıdır”.

Sanosyan qeyd edib ki, bu razılaşmalar açıqdır və görüşün sonunda Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən elan edilib. “Bu razılaşmalar çərçivəsində Ermənistan nəinki kommunikasiyaları açmağa hazırdır, həm də bizim maraqlarımıza əsaslandığı üçün bunun mümkün qədər tez baş verməsini istəyir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button