Media
ATV-də dəyişiklik: “Xəbərin olsun”
Yeni mövsümə iddialı başlamağı qarşısına məqsəd qoyan ATV telekanalı növbəti dəyişikliyini izləyicilərlə bölüşüb. Qaynarinfo xəbər verir ki, telekanal iki məşhur simanı heyətinə qatıb.
Belə ki, Kübra Məhərrəmova və Sərdar Amin artıq ATV-nin efirində görünəcəklər.
ATV-nin yeni proqramının anonsu artıq efirdə yayımlanır.
Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı “ATV Səhər” adlanırdı.