Elxan Şahinoğlu: “3 amildən yararlansaq, Qarabağ məsələsini tez həll edə bilərik”
“Fikrimcə, 3 amildən faydanala bilsək, 2 ildən sonra Rusiya hərbi kontingentini Azərbaycan ərazisindən çıxarıb separatizmə son qoymaqla Qarabağın tamamına nəzarəti təmin edə bilərik”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, birinci amil Rusiya-Ukrayna müharibəsinin davamıdır ki, Kremlin diqqətinin və enerjisinin əsas hissəsi buna yönəlib. “İkinci amil Ankara-Moskva tərəfdaşlığı və ortaq layihələridir ki, Kreml Cənubi Qafqaz siyasətində Türkiyə, o cümlədən Türkiyə-Azərbaycan ittifaqını nəzərə almaq məcburiyyətindədir. Üçüncü amil Ermənistanın baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Rusiya əleyhinə artan açıqlamalarıdır ki, bu qarşıdurmadan da öz məqsədlərimiz üçün istifadə edə bilərik”.