Ölkə içi
Avropa Məhkəməsi Qubad İbadoğlu ilə bağlı hökumətə suallar göndərib
Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq ADRP sədri Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verərək, Azərbaycan hökumətinə suallar göndərib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul məlumat yayıb.
O bildirib ki, işə dərhal baxılmasının səbəbi ADRP sədrinin səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsi ilə bağlıdır. “Azərbaycanın müvafiq icra hakimiyyəti strukturlarından (hakimiyyətindən) başqa hər kəs bu təhlükəni görür və nəsə etməyə çalışır. Qardaşımın tezliklə azadlığa qovuşmasına ümidlərimiz artır”.