AraşdırmaManşet

Ermənilər rus hərbçilərinin qarşısını kəsdilər: Əsgəran yolunda gərginlik –VİDEO

Bu gün səhər saatlarında bir qrup erməni Xankəndi-Ağdam yolunda rus sülhməramlılarının qarşısını kəsiblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni teleqram kanalları videogörüntü də yayıblar.

Separatçılar rus hərbçilərinin maşınının önünü kəsərək, onların Ağdam yolu ilə hərəkət etməsinə imkan verməyiblər. İddia ediblər ki, guya, rus hərbçiləri yük maşını ilə Ağdama keçib, oradakı yükü Xankəndiyə gətirmək üçün yollanırmış. Ona görə də, rus hərbçilərinin hərəkətinə imkan verməyiblər.

JAMAZ.İNFO gələn son xəbərlərə istinadən bildirir ki, ermənilərin yoldan təmizlənməsi üçün ruh hərbçilər hazırlıqlara başlayıblar. Belə ki, əraziyə əlavə qüvvələr gətirilib və səsgücləndirici ilə onlardan yolu boşaltmaq tələb olunur.

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button