Sosial

Göyçay Suvarma Sistemləri İdarəsində yanacaq alveri gedri?- VİDEO-ŞİKAYƏT

Bir qrup Göyçay sakini JAMAZ.İNFO-ya müraciət edərək, rayon Suvarma Sistemləri İdarəsində dövlət əmlakının talan edildiyini iddia ediblər. Onlar bununla bağlı redaksiyamıza video görüntü də göndəriblər.

Həmin şəxslər bildirir ki, idarədə hər birinin dəyəri 300 min manatdan çox olan ekskavatorlar sıradan çıxarılır. “Yanacaq oğurlanaraq açıq-aşkar satılır. Bu gedişlə Orxan Mahmudovun özbaşınalıqları nəticəsində idarə tamamilə məhv olacaq”.

Şikayətçilər bildirir ki, Orxan Mahmudov icra başçısı Natiq Ağayevin yaxın adamı və şəxsən özünün vəzifəyə təyin elədiyi kadr olduğuna görə kimsədən çəkinmədiyini deyir. “Heç bir haqlı şikayətdən qorxmur. İndidən bu cür, mənəm-mənəm deyirsə, gələcəkdə onun qanunsuzlarının qarşısı almaq əsla mümkün olmayacaq”.

Onlar daha sonra dövlət başçısına müraciət edərək, kömək istəyiblər. “Biz Göyçay rayon sakinləri olaraq mətbuat vasitəsilə ölkə başçısı Cənab İlham Əliyevdən çox xahiş edirik ki, icra başçısına arxalanan Orxan Mahmudov barəsində ciddi tədbir görülsün. Ümidvarıq ki, indiyədək müdir sarıdan bəxti gətirməyən Göyçay rayon Suvarma Sistemləri İdarəsinə tezliklə layiqli, vicdanlı, vətənpərvər rəhbər təyin olunacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button