GündəmManşet

Arayik bu gün son qərarını açıqlayacaq: Separatçıların taleyinə aydınlıq gətirəcək

Xəbər verildiyi kimi, dünən Xankəndidə bir qrup erməni sakin şəhərin mərkəzi küçəsinə çıxaraq, etiraz ediblər. JAMAZ.İNFO xəbər verir ki, həmin hadisəyə səbəb dünən Laçın Sərhəd Buraxılış Məntəqəsində qanunları pozmuş və cinayət törətmiş üç erməninin saxlanılması olub.

Dünən sakinlərin qarşısına çıxan Arayik Harutyunyan onları sakitləşdirməyə çalışıb. 4 saat davam edən danışıqlarda səs yazılması və video çəkilməsini qadağan edən Harutyunyan, bunu “razılıq verilməyib” şəklində izah edib.

Həmin görüşdə olan ermənilərin “Hraparak” qəzetinə verdikləri açıqlamada isə qeyd edilir ki, Qarabağdakı separatçıların rəhbəri istefa məsələsindən də danışıb. “Həmin görüşdə Arayik Harutyunyanın postunda qalıb-qalmaması məsələsi müzakirə olunub. O bildirib ki, sabah (bu gün) daha dar tərkibdə iclas keçirib, qərar verəcəklər. Əgər razılıq olarsa, istefa verəcəyini deyib”.

Qeyd edək ki, Xankəndidən gələn xəbərlərə görə, Arayik təkcə istefa məsələsini müzakirə etməyəcək, həmçinin separatçıların gələcəyi ilə bağlı mövqeyini də açıqlayacaq. Erməni nəşrləri iddia edirlər ki, bu gün axşam saatlarında Harutyunyanın açıq müraciəti gözlənilir və o, bir çox məsələlərə, xüsusən də Qarabağdakı vəziyyətdən çıxış yolunun nədən ibarət olmasına aydınlıq gətirəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button