Rusiya Qarabağdakı sülhməramlı kontingentin rəhbəri Aleksandr Lentsovu dəyişdirmək qərarına gəlib. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Lentsovu Qarabağda general-mayor Kirill Denisoviç Kulakov əvəzləyəcək.
Qəzet onu da bildirib ki, Lentsov bir neçə gün əvvəl Qarabağı tərk edib. Lakin Kulakovun Xankəndiyə gəlib, gəlmədiyi məlum deyil.