Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə JAMAZ.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.