Dünya
Ermənistanda dəhşətli hadisə – 11 nəfər öldü, yaralılar var
Ermənistanda ağır-yol nəqliyyat hadisəsi baş verib.
Jamaz.info yerli mətbuata istinadən xəbər verir ki, saat 00:27 radələrində İrəvan-Gümrü magistralında mikroavtobus yük maşını ilə toqquşub.
Qəza nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar İrəvandakı “Erebuni” tibb mərkəzinə yerləşdirilib.
Hadisə yerinə çoxlu sayda xilasedici və tibb işçisi cəlb edilib. Qəza ilə bağlı araşdırma aparılır.