Dünya
ABŞ-la İran razılığa gəldi
ABŞ və İran məhbusların mübadiləsi barədə razılığa gəliblər.
Jamaz.info xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Bildirilir ki, bunun müqabilində Tehran humanitar ehtiyaclar üçün 6 milyard dollar alacaq.
Vəkil Jared Genser CNN-ə bildirib ki, İranda həbsdə olan 4 ABŞ vətəndaşı ev dustaqlığına buraxılıb və bu, onların tezliklə azadlığa çıxacağını göstərə bilər.
“Ümid edirəm ki, bu, onların azadlığa buraxılması istiqamətində ilk addım olacaq”, – vəkil bildirib.
ABŞ vətəndaşları ev dustaqlığı üçün həbsxanadan Tehrandakı otelə köçürülüb.