Dünya
Paşinyanın partiyası namizədlərini irəli sürdü
Ermənistanın hakim “Mülki Müqavilə” Partiyası İrəvanın bələdiyyə məclisinə keçirilən seçkilərdə iştirak edəcək namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Jamaz.info xəbər verir ki, məlumat “Sputnik Armenia”ya MSK tərəfindən təsdiqlənib.
İlk sırada merliyə namizəd, hazırda mer müavini olan Tiqran Avinyan, ikinci sırada isə sabiq fövqəladə hallar naziri Armen Pambuxçyan yer alıb.
Qanuna görə üçüncü sırada qadın olmalıdır – bu, Nuard Vardanyandır. Daha sonra isə İrəvan meri vəzifəsini icra etmiş Levon Hovhannisyan və onun müavini Suren Qriqoryanın adları gəlir.