ManşetSiyasət

10 noyabr razılaşmasının mətni dəyişdirilib?- iddia  

Yerikir.am saytı iddia edir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış razılaşmanın mətnində dəyişiklik edilib. JAMAZ.İNFO xəbər verir ki, sayt bu dəyişikliyin Ermənistan hökumətinin rəsmi səhifəsində edildiyini də qeyd edib.

Həmin məlumatda deyilir ki, əsas dəyişiklik Laçın dəhlizi ilə bağlı bənddə aparılıb. İddiaya görə, həmin sənəddə dəhlizlə bağlı “eninə” sözünü “uzunun”a sözü ilə əvəzləyiblər.

Qeyd edək ki, erməni tərəfinin “eninə” və ya “uzununa” sözlərinin dəyişdirilməsi ilə bağlı iddiaları başadüşülən deyil. Çünki əsas sənəddə Laçın dəhlizinə alternativ yolun çəkilməsi qeyd olunub ki, bunun üçün 3 il nəzərdə tutulurdu. Lakin Azərbaycan tərəfi prosesi bir ilə yekunlaşdırıb və yolu istifadəyə verib. Məhz bu mətndə yolun uzunluğundan bəhs olunub.

Amma yolun eni ilə bağlı 3 km-lik məsafə də sənəddə var. Sadəcə, erməni tərəfinin bu qaydaları və razılaşmaları səbəbindən həmin hissə də Azərbaycan Ordusunun nəzarəti altındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button