Dünya
Malatya və Adıyamanda zəlzələ: 23 nəfər yaralanıb, ölənlər var
Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində azı 23 nəfər xəsarət alıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, özünün “Twitter” mikrobloqunda yazıb ki, zəlzələ nəticəsində Malatyada 22 nəfər, Adıyamanda isə hündürlükdən tullanan daha bir vətəndaş yaralanıb.
O əlavə edib ki, təbii fəlakət zonasına 20-dən çox təcili yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam edir.
Bundan əlavə, yeraltı təkanlar nəticəsində bir qeyri-yaşayış binasının dağıldığı da bildirilir. Malatya valisi Hulusi Şahin bildirib ki, təbii fəlakət nəticəsində ölənlər var.