Ölkə içi
Ötən sutka ərzində 87 yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla beş nəfəri xilas ediblər. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.