ManşetSosial

Yolsuz qalmış, məktəbi qəzalı vəziyyətdə olan kənd: İSTİSU- FOTOLAR  

İsmayıllı rayonunun Istisu kəndinin sakinləri yolsuz qalmalarından şikayətçidirlər. JAMAZ.İNFO-nun elektron poçtuna müraciət ünvanlayan bir qrup kənd sakinləri bildirirlər ki, onlar rayon mərkəzindən 27 km aralıda yerləşən, dörd tərəfi dağ, çay və meşə olan səfalı bir yaşayış məntəqəsində yaşayırlar.

Lakin indiyə qədər bu kəndə yol çəkilməyib. “Yol feodal dövründə daşdan salınıb deyə, üzərində nəinki avtomobilllə, hətta piyada yermək çox çətindir. Bu səbəbdən əhali çox əziyyət çəkir”.

İstisu sakinləri yazır ki, hazırda kənddə 1500 nəfərdən çox əhali yaşayır. Təsərrüfat sayı isə 400-ə yaxındır.

Amma İstisunun problemi təkcə yol deyil. Həm də kəndin orta məktəb binası da qəzalı vəziyyətdədir. “Kənddə uşaq bağçası yoxdur”.

Onlar qeyd edirlər ki, kəndin əsas yolunun uzunluğu 2 km-dir. “Yolun olmamasına görə, kəndə turistlər gələ bilmir”.

Sakinlər bu barədə İsmayıllı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciətlər etsələr də, heç bir tədbir görülməyib.

Onlar dövlət başçısına media vasitəsi ilə müraciət edərək, İstisu kəndinə yolun çəkilməsi barədə göstəriş verməsini xahiş ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button