Dünya
Bolqarıstan Ukraynaya hərbi texnika göndərəcək
Bolqarıstan hökuməti ölkənin Daxili İşlər Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi arasında zirehli texnikanın bağışlanmasına dair saziş layihəsini təsdiqləyib.
Jamaz.info xəbər verir ki, bu barədə Bolqarıstanın “BTA” agentliyi məlumat yayıb. Məlumata görə, danışıqların aparılması və müvafiq sənədin imzalanması Bolqarıstanın daxili işlər naziri Kalin Stoyanova tapşırılıb. Agentlik qeyd edir ki, saziş çərçivəsində Bolqarıstan tərəfindən istifadə olunmayan zirehli texnikalar Ukraynaya veriləcək.