Dünya
Putin Təhlükəsizlik Şurasını topladı
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
İclasda şuranın daimi üzvləri ilə daxili sabitlik məsələləri müzakirə edilib.
Toplantıda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin, daxili işlər naziri Vladimir Kolokoltsevin və fövqalədə hallar naziri Aleksandr Bortnikovin məruzələri dinlədilib.