Ölkə içi

Cəlilabad və Tərtərdəki əməliyyatlarda saxlanılanlar məhkəmə qarşısında

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad və Tərtər rayonunda keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslər məhkəməyə çıxarılır.
Jamaz.info-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, baş memarı Sahil Qənbərli, Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev və Tərtər Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Tofiq Kərimov təqsirləndirilən şəxs qismində tanınıblar.
Onlar barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button