Dünya
Mina aşkarlandı: bütün çimərliklər bağlandı
Türkiyənin Qara dəniz sahilindəki Şile kurortunda mina aşkarlanması səbəbilə bütün çimərliklər bağlanıb.
Jamaz.info xəbər verir ki, İstanbulun şimal-şərqində, Qara dəniz sahilindəki Şilə kurortunda iyirmi səkkiz mərmi aşkar edildikdən sonra ərazidə aparılan araşdırma ilə əlaqədar bütün çimərliklər bağlanıb. Bu barədə Türkiyə polisi məlumat yayıb.
Hələlik çimərliklərin nə vaxt açılacağı məlum deyil.(publika)