Qarabağda separatçıların qondarma “parlament”inin “spikeri” Artur Tovmasyan istefa verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Tovmasyan 2020-ci il mayın 21-dən qondarma “parlament”ə rəhbərlik edir.
Onun yerini isə Qarabağdakı daşnakların nümayəndəsi tutacaq.
Qeyd edək ki, separatçılar artıq çıxış yollarının olmadığını görərək, bir-bir aradan çıxmağa çalışırlar. Tovmasyanın istefası da bu səbəbdəndir.