Cəmiyyət
Lənkərandakı zəlzələ Qarabağ və Zəngəzuru da silkələdi
Xəbər verdiyimiz kimi, bu gün saat 11 radələrində Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.
Jamaz.info bildirir ki, zəlzələ Azərbaycanın Zəngəzur və Qarabağ bölgəsini də silkələyib.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, Zəngəzurda 2-3, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağda isə 3 bal gücündə zəlzələ olub.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.