Dünya
Paşinyan xalqı aldatdı – Erməni deputatdan ittiham
Baş nazir Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın, parlament deputatlarının verdikləri bəyanatlar, həmçinin Qarabağ və Ermənistanla bağlı aparılan siyasət legitim deyil.
Jamaz.info xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Ana Ermənistan” partiyasının təmsilçisi Andranik Tevanyan deyib.
“Paşinyan Ermənistan vətəndaşlarını aldatdı, vədinə xilaf çıxdı, Ermənistanın varlığını şübhə altına aldı”,- deyə erməni deputat baş nazirlə bağlı ittihamlar səsləndirib.