Media
Natəvan Babayeva ilə vida mərasimi
Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva ilə vida mərasimi başlayıb.
Jamaz.info xəbər verir ki, mərasim Salyan rayonunun Parça Xalac kəndində keçirilir.
Xatırladaq ki, Natəvan Babayeva AzTV, daha əvvəl isə uzun illər ANS televiziyasında çalışıb.
Bir müddət əvvəl Natəvan Babayevanın Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşmişdi. Tanınmış jurnalist xərçəng xəstəliyindən əziyyət çəkirdi.