Dünya
Kolumbiyada müxalifətçiləri daşıyan təyyarə qəzaya düşdü
Kolumbiyanın müxalif Demokratik Mərkəz partiyasının beş üzvü ötən gün təyyarə qəzasında həlak olub.
Jamaz.info Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
“Çərşənbə günü səhər Villavicensio – Quaymaral marşrutu üzrə hava taksisi kimi fəaliyyət göstərən “Cessna T210N” təyyarəsi San Luis de Qaseno şəhəri yaxınlığında qəzaya uğrayıb”, – məlumatda bildirilib.
Agentliyin məlumatına görə, təyyarədə beş sərnişin və pilot olub, onların hamısı ölüb.
Kolumbiyanın keçmiş Prezidenti Alvaro Uribe (2002-2010) beş partiya yoldaşının təyyarə qəzasında öldüyünü təsdiqləyib.