Cəmiyyət
“Azərişıq” əməkdaşı yıxılıb öldü
“Azərişıq” ASC-nin əməkdaşı dirəkdən yıxılılaraq ölüb.
Jamaz.info xəbər verir ki, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.