Cəmiyyət
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Jamaz.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Abıyev 2011-ci ildə Daşkəsənə icra başçısı təyin olunub.