Cəmiyyət

Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir

Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir.
Jamaz.info xəbər verir ki, bu barədə hərbçinin yaxınları “Gündəlik Naxçıvan”a məlumat veriblər.
Məlumata əsasən, Kəngərli rayonundakı N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Əli Nəcəfov intihar edib.
Onun iyulun 16-da hərbi hissənin ərazisində asılmış vəziyyətdə tapıldığı bildirilir.
“Bizim üçün gözlənilməz xəbər oldu. İntiharının səbəbini bilmirik. Yetimçiliklə böyümüşdü, 28 yaşında subay oğlan idi. Yəqin ki, araşdırıb, səbəbini taparlar”, – yaxınları deyib.
Məlumata görə, Əli Nəcəfov Kəngərli rayonunun Qıvraq qəsəbəsindəndir.
Qeyd edək ki, təkcə ötən həftə ərzində 3 hərbçimiz intihar edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button