Dünya
“Taxıl sazişi” dayandırıldı” – Kreml
“Qara dəniz sazişləri bu gün faktiki olaraq qüvvəsini itirib, Rusiyaya aid sazişlərin taxıl sövdələşməsinə dair hissəsi yerinə yetirilməyib”.
Jamaz.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Əslində, Qara dəniz sazişləri bu gün öz qüvvəsini itirdi. Rusiya Federasiyası prezidentinin bir qədər əvvəl dediyi kimi, son müddət iyulun 17-dir. Təəssüf ki, bu Qara dəniz müqaviləsində Rusiyaya aid olan hissə indiyədək yerinə yetirilməyib. Ona görə də, onun təsiri dayandırılır”, – Peskov bildirib.
Kreml sözçüsü vurğulayıb ki, taxıl sazişi dayanıb:
“Rusiyaya aid olan hissə yerinə yetirilən kimi Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq”.