Cəmiyyət

Qubada evləri və yolları su basdı

Bu gücə Qubanın Qonaqkənd qəsəbəsini su basıb. 
Cimi çayının daşması nəticəsində Qonaqkənddə yolları və evləri su basıb. Quba 11 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin rəisi Hikmət Seyidov Bizim.Media-ya məlumat verib ki, hazırda yol idarəsinin texnikası və canlı qüvvəsi su basan yolların təmizlənməsi və daşların yoldan yığılması işlərini aparır.

Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov Qonaqkənd qəsəbəsində 2 evin həyətini su basdığını təsiqləyib.
Hazırda fəsadların aradan qaldırılması işlərinə başlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button