Dünya
Balasanyan həbsdə döyülüb? – Vəkili açıqladı
Erməni general Vitali Balasanyan həbsdə qalacaq.
Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu onun vəkili Rafael Martirosyan bildirib.
O qeyd edib ki, müdafiə tərəfinin Balasanyanın səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatəti rədd edilib.
Vəkil onu da bildirib ki, müvəkkilinin bədənində çoxsaylı qançırlar aşkarlanıb. Eyni zamanda, bir gün əvvəl generalla birlikdə saxlanılan oğlu və qardaşı oğlu sərbəst buraxılıb.