Dünya

Niderland Ukraynaya təhlükəsizlik zəmanətinə qoşulacağını bildirdi

Niderland G7 ölkələrinin təklif etdiyi təhlükəsizlik zəmanətinə qoşulacaq. 
Jamaz.info xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstra “Twitter” səhifəsində yazıb.
“Mən G7-nin Ukraynaya dəstək bəyannaməsini, o cümlədən elan edilmiş təhlükəsizlik zəmanətini alqışlayıram. Niderland bu təşəbbüsə qoşulacaq və beynəlxalq tərəfdaşlarla sıx koordinasiya şəraitində Ukrayna üçün bu təhlükəsizlik mexanizmlərinə töhfə verəcək”, – deyə nazir bəyanatında bildirib.
Xatırladaq ki, G7 ölkələrinin liderləri çərşənbə günü, iyulun 12-də Ukrayna üçün təhlükəsizlik zəmanəti haqqında bəyannamə üzərində razılaşdıqlarını açıqlayıblar.
Böyük Britaniya hökumətinin saytında Ukraynaya dəstək bəyannaməsinin mətni dərc olunub.
Yaponiyanın baş naziri Fumio Kişida brifinq zamanı bəyan edib ki, istənilən ölkə sonradan bəyannaməyə qoşula bilər.
Artıq Şimali Avropa ölkələri (Norveç, İsveç, Finlandiya, Danimarka və İslandiya) və Çexiya bu bəyannaməyə qoşulacaqlarını bəyan ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button