Cəmiyyət

Plastik qablarda su içmək niyə təhlükəlidir?

Bir çox insanlar plastik butulkalardan su içməyin təhlükəli olduğunu düşünür, amma bu, doğru deyil.

Jamaz.info xəbər verir ki, bu sözləri terapevt Lev Averbax Ria.ru-ya müsahibəsində deyib.

“Suyu plastik butulkadan içmək olar. Əgər plastik qidaya uyğundursa, birdəfəlik istifadə üçündür, onu yenidən doldurmaq tövsiyə edilmir”, – o, qeyd edib.

Həkim əlavə edib ki, şüşə qızmasın deyə çantada aparılmalıdır. O, sərin su içməyi məsləhət görüb.

Həkim həm də gündəlik qarpız porsiyasından danışıb.

“Qarpız kimi sulu bir meyvənin yayda heç bir zərəri yoxdur, ancaq bir anda həddən artıq çox yemək olmaz. Özünüzü iki və ya üç dilimlə məhdudlaşdırmaq daha yaxşıdır. Eyni zamanda, meyvənin özünün yuyulması və kəsildiyi bıçağın təmiz olması vacibdir. Qarpız yalnız diabetli insanlar üçün zərərlidir. Ancaq kiçik miqdarda yeməyə icazə verilə bilər”, – Averbax müsahibəsində bildirib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button