Dünya

Rusiya ilə münasibətlər bu halda bərpa oluna bilər – Finlandiyanın şərti

Finlandiyalı siyasətçi Rusiya ilə münasibətlərin bərpası üçün şərti açıqlayıb.

Jamaz.info xəbər verir ki, finlandiyalı siyasətçi Yaakko İloniemi Rusiya Federasiyası ilə münasibətlərin yalnız siyasi dəyişikliklərdən sonra bərpa edilə biləcəyini bildirib.

O etiraf edib ki, iki ölkə arasında münasibətlərin normal durumda olmamasının günahkarı Rusiyadır: “Bu, Rusiyanın hərəkətlərinin nəticəsidir. Biz qarşımıza belə məqsəd qoymamışıq”.

Eyni zamanda İloniemi əmindir ki, Moskva ilə Helsinki arasındakı gərgin vəziyyət Finlandiya iqtisadiyyatına mənfi təsir göstərəcək.

İloniemi hesab edir ki, münasibətləri bərpa etmək üçün Rusiyada ciddi siyasi dəyişikliklər lazımdır.

Qeyd edək ki, iyulun 6-da Rusiya Xarici İşlər Nazirliyi 9 finlandiyalı diplomatı persona non qrata elan edib. Oktyabrın 1-dən Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə razılıq da geri götürülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button