Dünya
Hökumətdən təklif – Paşinyana yeni səlahiyyət verilsin
Ermənistan hökuməti hakimlərin təyinatında baş nazirə əlavə səlahiyyətlərin verilməsini təklif edib.
Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, təşəbbüs hazırda parlamentdə müzakirə olunur.
Təklifə əsasən, o cümlədən Nazirlər Kabinetinin rəhbəri öz qərarları ilə hakimlərin təyin edilməsi prosedurunu və namizədlərə qoyulan tələbləri tənzimləyə biləcək.
Müxalifət buna qarşıdır. “Hayastan” fraksiyasının katibi Artsvik Minsyan hesab edir ki, yenilik beynəlxalq məhkəmələrə namizədlərin seçilməsində şəffaflığa xələl gətirə bilər.