Dünya

“Biz həmişə Ermənistanın yanındayıq” – Fransalı spiker

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Respublikası Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, həmkarlar Ermənistan-Fransa parlamentlərarası əməkdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

“Biz həmişə Ermənistanın yanındayıq. Bundan sonra da səylərimizi əsirgəməyəcəyik”, – Fransa Milli Assambleyasının sədri deyib.

“Ermənistan Fransa prezidenti Emmanuel Makronun ardıcıl vasitəçilik səylərini, həmçinin parlamentarilərin dəstəyini və Ermənistanla daimi təmaslarını yüksək qiymətləndirir”, – Alen Simonyan qeyd edib.

Aİ-nin Ermənistandakı müşahidə missiyasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button