Gündəm

Təxribat törədən daha bir erməni hərbçi yaralandı

Ermənistan ordusunun daha bir hərbi qulluqçusu yaralanıb.

Jamaz.info xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, yaralanan hərbçinin səhhəti orta ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur.

Nazirlik bundan öncə bir hərbçinin də yaralandığını açıqlamışdı.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button