Dünya

Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı

İran Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclasından sonra İranın nəzarəti altında olan və Birləşmiş Ərəb Əmirliklərinin də ərazisinə iddia etdiyi Fars körfəzindəki üç ada ilə bağlı verilən birgə bəyanata cavab olaraq Rusiyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Jamaz.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tehranın etirazları nazirliyə çağırılan Rusiya səfiri Aleksey Yurieviç Dedova çatdırılıb.
Sözügedən adaların “əbədi” İrana aid olduğu və Rusiyanın bu məsələdə yanaşmasını düzəltməsinin gözlənildiyi bildirilib.
Rusiyanın Tehrandakı səfiri Dedov İranın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayaraq, vəziyyəti ən qısa zamanda Moskvaya çatdıracağını bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button