ManşetÖlkə içi

BQXK-nin Ermənistan ofisi günahı üzərindən atdı: “Qanunsuz yükdaşıyanlar bizim əməkdaşımız olmayıb”  

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidməti ötən gün bəyanat yayaraq, Ermənistandan Qarabağa yük daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQKX) qanunsuz mallar daşıdığını bildirmişdi. JAMAZ.İNFO xəbər verir ki, videoçəkilişlə həyata keçirilən yoxlamalar zamanı məlum olmuşdu ki, sözügedən beynəlxalq təşkilatın maşınlarında bəyannamədə qeyd olunmayan xeyli sayda məhsullar gizli yolla Xankəndinə daşınırmış. Elə bu qanunsuzluqla əlaqədar olaraq, Laçın Sərhəd Nəzarət Məntəqəsinin fəaliyyəti bir müddətilik bağlanılıb.

Qeyd edək ki, BQXK-nın Ermənistan ofisi baş verənlərlə bağlı bəyanat yayaraq, özlərini təmizə çıxarmağa çalışıblar. Belə ki, onlar bildiriblər ki, BQXK Laçın Dəhlizi ilə icazəsiz yüklərin daşınması ilə bağlı qaldırılan narahatlıqlardan xəbərdardırlar və bu cür hərəkətləri yolverilməz hesab edirlər. “BQXK-ya məxsus heç bir avtomobildə icazəsiz əşya aşkar edilmədiyini bildiririk. Daşınan bütün yüklər Azərbaycan Respublikası tərəfindən gömrük yoxlamasından keçir. Təəssüf edirik ki, bizdən xəbərsiz dörd muzdlu sürücü müvəqqəti olaraq BQXK-nın loqosu olan şəxsi avtomobilləri ilə ticarət mallarını daşımağa cəhd ediblər. Adıçəkilən şəxslər BQXK-nın əməkdaşları olmayıb və onlarla bağlanmış xidmət müqavilələri BQXK tərəfindən dərhal ləğv edilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button