GündəmManşet

Ermənilər Şuşa və Dığ istiqamətində təxribat törətdi: Düşmənin bir əsgəri yaralanıb

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumatda daha sonra deyilir ki, bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. “Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılar isə iddia edirlər ki, guya, Azərbaycan Ordusu Şuşa istiqamətində minaatanlardan istifadə edib. Halbuki Azərbaycan tərəfi hətta minaatandan istifadə etsə belə, burada qanunsuz və qeyri-adi heç nə yoxdur. Çünki Ordumuzun qarşısında silahlı quldur dəstəsi var və onlar mütəmadi olaraq təxribat törədirlər. Həmin quldur dəstələrini zərərsizləşdirmək isə Ordumuzun vəzifəsidir və bununla bağlı müdafiə nazirinin xüsusi tapşırığı belə mövcuddur.

Bu əsnada, Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Dığ kəndi istiqamətində təxribat törədən erməni əsgərlərdən biri yaralanıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yaralanan şəxs E.X adlı erməni əsgəridir.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button