Gündəm
Ermənistan idmançıları Bakıya gələcək
Ermənistan Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcək.
Jamaz.info xəbər verir ki, bu barədə ölkənin Atıcılıq Federasiyasının baş katibi Areq Saribekyan bildirib.
“Əlavə maneə olmadığı təqdirdə komanda getməyə hazırlaşır”, – Saribekyan deyib.
Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək Bakıda keçiriləcək.