Dünya

Rusiya qüvvələri Odessaya hücum etdi

Rusiyanın Ukraynanın Odessa bölgəsinə hücumu nəticəsində liman infrastrukturuna zərbə endirilib, taxıl terminalı yanıb.

Jamaz.info “Unian”a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Gecə saatlarında Rusiya Federasiyası Ukraynanın cənubuna güclü PUA hücumu həyata keçirib. Qara dəniz istiqamətindən Rusiya qüvvələri bir neçə “Shahed” hücum dalğası təşkil edib.

Hava hücumundan müdafiə qüvvələri tərəfindən 22 PUA məhv edilib, lakin ikisi liman obyektinin inzibati binasına düşüb. Bundan əlavə, vurulan dronların parçalarının yerə düşməsi səbəbindən 2 liman terminalı, o cümlədən taxıl terminalı yanıb.

Yanğın söndürülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button