ManşetÖlkə içi

Fransız deputatdan həyasızlıq: “Klaar Xankəndi sözündən istifadə etməməliydi”

Xəbər veridyimiz kimi, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən gün Tvitter hesabına Qarabağ məsələsindən yazaraq, orada “Bakı-Stepanakert/Xankəndi” ifadəsindən istifadə etmişdi.

Klaar qeyd etmişdi ki, Bakı ilə Xankəndi arasında danışıqlar bərpa olunmalı və məsələnin həlli üçün yollar axtarılmalıdır.

Qeyd edək ki, Ermənistan hakimiyyəti avropalı xüsusi nümayəndənin bu fikirlərinə heç bir reaksiya verməyib. Hətta Ermənistan XİN-I Klaarın fikirlərini şərh etməyə lüzum belə görməyib. Lakin onların yerinə fransız deputat həyasızlıq etməyə başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Avropa Parlamentinin fransalı üzvü Nathalie Loiseau Toivo Klaarı “Bakı-Xankəndi” ifadəsindən istifadə etdiyinə görə, tənqid edib. O, Klaarın tvitinin aşağısından yazıb ki, xüsusi nümayəndə Xankəndi sözünü “Stepanakert”dən sonra qoymalıydı. “Siz Xankənd adından istifadə edibsiz. Lakin onu Stepakanert adından əvvəl qoymalı deyildiz. Bəli, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan bu hakimiyyət Stepanakerti girov qoyub, indi onun adını silir? Çünki Kların dediyi kimi, Avropa İttifaqı Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşü səbirsizliklə gözləyir. Stepanakerti Xankəndinə çevirmək üçün səbirsizdilər? Klaar o qədər səbirsizdir ki, Nikol getməzdən əvvəl Stepanakerti Xankəndi adlandırır. O, bunu Nikolun işini asanlaşdırmaq üçün edir”.

P.S. Fransız deputatın sözlərini oxuyanda elə zənn edirsən ki, bunu Natalie deyil, hansısa Haykanuş yazıb. Çünki sözlər, ibarələr, canfəşanlıq, yanaşma bir fransıza aid olmayandır. Yəni, Qarabağ məsələsinin fransız deputata nə aidiyyatı ola bilər ki? Nathalie Loiseaunun açıqlaması tipik həyasızlıqdan başqa bir şey deyil. Həmçinin başqa ölkənin daxili işlərinə burun soxmaqdır. Belələri ermənidən daha artıq erməni kimi görünməkdən həzz alırlar. Təbii ki, erməni diasporunun pulunun dingildətdiyi çox belə fransızlar var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button