GündəmManşet

Qırmızı Xaç qaçaqmalçılıqla məşğul olub- Laçın dəhlizi yenə bağlandı

Qarabağdan Ermənistana və əks tərəfə xəstələri daşıyan, habelə humanitar fəaliyyətlər göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın dəhlizi vasitəsi ilə qaçaqmalçılıqla məşğul olduğu üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) tibbi evakuasiya maşınlarından qaçaqmalçılıq məqsədilə istifadə Azərbaycan qanunlarının kobud şəkildə pozulması, eyni zamanda ölkəmizin BQXK-nın humanitar təşkilatına olan etimadından sui-istifadədir. “Yuxarıda göstərilən faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri görülənədək “Laçın” buraxılış məntəqəsindən dövlət sərhədinin keçirilməsi müvəqqəti dayandırılıb. Qaçaqmalçılıqla bağlı bütün faktlar operativ çəkilişlə yerindəcə sənədləşdirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button