Dünya

Güclü yağış 80 nəfərin həyatına son qoydu

Pakistanda iyunun 25-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 80-ə çatıb.

Jamaz.info xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.

Məlumata görə, Pəncab, Sind və Bəlucistan əyalətlərində son 24 saat ərzində güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Yaralananların ümumi sayı isə 142-yə yüksəlib.

Qeyd edək ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur. Ötən il musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button